...

Azərbaycanın əməkdar artisti Elçin Həmidov vəfat edib (ƏLAVƏ OLUNUB)(FOTO)

Mədəniyyət Materials 7 Mart 2011 12:00 (UTC +04:00)
Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidov vəfat edib. Trend-in məlumatına görə, Həmidovun sənət yoldaşı, dostu, əməkdar artist Kübrə Əliyeva onun bir neçə gün yoxluğundan narahat olaraq Həmidovun mənzilinə gəlib.
Azərbaycanın əməkdar artisti Elçin Həmidov vəfat edib (ƏLAVƏ OLUNUB)(FOTO)

Dəfn mərasiminən fotoşəkillər əlavə olunub (ilk xəbər martın 5-də 21:43-də yayılıb)

Azərbaycan, Bakı, 5 mart /Trend Life, müxbir Vüqar İmanov/

Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidov vəfat edib. Trend-in məlumatına görə, Həmidovun sənət yoldaşı, dostu, əməkdar artist Kübrə Əliyeva onun xeyli zaman görünməməsindən narahat olaraq Həmidovun mənzilinə gedib. Lakin qapının zənginə cavab verən olmayıb. Alınan məlumata əsasən, Elçin Həmidov evdə tək yaşayırdı. Mənzildən televizor səsi gəldiyini nəzərə alaraq təcili FHN-in əməkdaşları aktyorun yaşadığı ünvana çağırılıb. Onların köməyi ilə mənzilə daxil olandan sonra Həmidovun cəsədi aşkarlanıb. Dərhal hadisə yerinə polis əməkdaşları çağırılıb.

Aktyorun cümə günü dünyasını dəyişdiyi bildirilib. İlkin versiyaya görə, aktyor ürək xəstəliyindən vəfat edib.

Elçin Həmidovun dəfn mərasimi bazar günü Heydər Əliyev prospekti 101A ("Günəş" restoranının yanı) ünvanında keçiriləcək. Bunu Trend-ə əməkdar artist Əkbər Əlizadə deyib.

Mərhumla vidalaşma saat 12.00-da başlayacaq və 14.00-a qədər davam edəcək.

Elçin Həmidov 1958-ci ildə anadan olub. 1981-ci ildə İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib bir çox obrazlar yaratmağa nail olub. Həmçinin, Elçin Həmidov "Bakı oğrusu", "Məhəllə", "Məhəllə Moskvada", "Tam məxfi", "Canavar balası" "Meşədi İbad -94" və digər filmlərdə çəkilib. Xüsusən də "KVN Planet Parni iz Baku"dakı yaratdığı rol və personajları ilə məşhurlaşıb.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti