...

Aygün Kazımovanın gecə açıqlaması: Bu biqeyrətlərdən necə sığortalanaq?(FOTO)

Mədəniyyət Materials 30 Mart 2011 06:28 (UTC +04:00)
Aygün Kazımovanın gecə açıqlaması: Bu biqeyrətlərdən necə sığortalanaq?
Aygün Kazımovanın gecə açıqlaması: Bu biqeyrətlərdən necə sığortalanaq?(FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ş.Cavadsoy/

Son günlərdə xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın qızı, "Eurovision 2011" mahnı müsabiqəsinin milli seçim turunun finalçısı İlqarə İbrahimovanın videosu yayımlanmışdı. Trend-in məlumatına görə, Facebook sosial şəbəkəsində, YouTube internet saytında və bəzi Azərbaycan saytlarında qoyulan linklər Aygün xanımda təlaş yaradıb. Həmişə olduğu kimi, öz dinləyicilərinə həqiqəti çatdırmaq üçün Aygün Kazımova gecə sübutları ilə Trend informasiya agentliyinə gəlib.

"Mənim qızım, İbrahimova İlqarə İlqar qızı Heydər Əliyev adına Müasir Tədris Kompleksinin məzunudur. Məlumdur ki, keyfiyyətinə görə Azərbaycanda bundan yaxşı tədris müəssisəsi yoxdur. Həmin kompleks öz tələbələrini tətil zamanı əlavə tədris kursları ilə təmin edir. İnternetdə murdar şəkildə yayımlanmış video əslində heçnə ilə əsaslanmır. Mən, hər şeydən əvvəl, əsl azərbaycanlı anayam və hamı bilir tək övladımı necə çətinliklərlə böyütmüşəm. Qoy hamı bilsin ki, kiminsə sifarişi ilə mənim adımı ləkələmək və qızımın yeni başlayan karyerasına son qoymaq məqsədilə yayımlanmış video əslində qızımın dörd il bundan əvvəl, tətil müddətində Londonda Oksford Universitetinin nəzdində olan məktəbdə tədris aldığı zaman çəkilib. Qısası, İlqarə tələbə yoldaşlarını səhər yeməyinə çağırmaq üçün otağa gəlib. Qalanları siz özünüz görmüsüz. 16 yaşlı İlqarə, yetkinlik yaşına çatmamış istənilən qız kimi, özunə dost-qardaş bildiyi tələbə yoldaşlarının hərəkətlərini zarafat sanmışdı. Lakin bu planlaşdırılmış bir proyekt idi. Niyə bu video o zaman yox, məhz indi - qızımın karyerasına yeni başladığı zaman meydana çıxdı? Yaxşı insanlar gözəl çalışdılar.

Videonun müəllifi - Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı) və videodakı şəxs - Novruzzadə Nicat Şahin oğlu (necə deyərlər "Papanın gül balaları") və üçüncü şəxs, videoda üzü görünməyən - paralel sinifdən olanƏyyub.

Mənim xalqıma gecə müraciətimin məqsədi odur ki, istəyirəm Siz hər şeyin həqiqətdə necə olduğunu biləsiniz.

Mənə sadəcə, çox maraqlı gəlir, görəsən bu hadisədən sonra valideynlər öz övladlarını ölkədan kənarda müəllimlərə və şagirdlərə etibar edəcəklərmi?

Mən onların valideynləri, ağsaqqalları və süjetin "qəhrəmanları" ilə görüşmüşəm, onlardan bir ana kimi məsələnin sülh yolu ilə həll olunmasını və onların YouTube-da nəinki yetkinlik yaşına çatmamış qızımdan, ümumiyyətlə, Azərbaycanın bütün qız və analarından üzr istəmələrini istəmişəm. Lakin onlar bunu özlərinə sığışdıra bilməyəcəklərini söyləyiblər.

Mənim əzizlərim, qızımın yerində istənilən günahsız qız və hətta onların bacısı ya da anası ola bilərdi. Heç kəs belə biqeyrətlərdən sığortalanmayıb.

Mən bir valideyn kimi bütün valideynlərə müraciət edirəm: Siz mənim yerimdə olsaydınız, nə edərdiniz???

Ardı var...", - Aygün Kazımova deyib.

Qeyd edək ki, xalq artisti Trend agentliyinə saat 04:00 radələrində müsahibə verib.

Sübut kimi İlqarənin sinif yoldaşlarının vinetka şəkillərini sizə təqdim edirik.

Həmin şəkilləri Aygün Kazımova agentliyimizə gətirmişdi.

Birinci şəkildə - videonun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı).
İkinci şəkildə - Novruzzadə Nicat Şahin oğlu.

Hadisələrin gedişatını izləyin.

Xəbər lenti

Xəbər lenti