...

Erməni müğənni Emminin "Azərbaycan sevgisi" timsahın göz yaşlarına bənzəyir - tənqidçi Elçin Əlibəyli

Mədəniyyət Materials 28 Aprel 2011 16:22 (UTC +04:00)
Erməni müğənni Emminin "Azərbaycan sevgisi" timsahın göz yaşlarına bənzəyir - tənqidçi Elçin Əlibəyli
Erməni müğənni Emminin "Azərbaycan sevgisi" timsahın göz yaşlarına bənzəyir - tənqidçi Elçin Əlibəyli

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Ş.Cavadsoy/

May ayında Almaniyanın Düsseldorf şəhərində sayca 56-cı dəfə keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində Ermənistanı təmsil edəcək müğənni Emminin təşkil olunan promoturlar çərçivəsində vətənimizə də gəlmək istəyi nə qədər absurd görünsə də, yerli mediada ajiotaj kimi yayınlanmaqdadır. Erməni xanımın torpaqlarımızın 20 faizini işğal altında saxlayan dövlətin vətəndaşı olmasını, tarixboyu vəhşicəsinə minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırıma məruz qaldığını unutması və həyasızcasına hər şeyə musiqinin dili ilə yanaşması bir daha mənfur qonşularımızın necə hiyləgər olmasına dəlalət edir.

Elə Trend-ə açıqlamasında da tanınmış tanınmış sənətşünas, tele-tənqidçi və aparıcı Elçin Əlibəyli fikirlərimizi təsdiq etdi. "O xanımın Azərbaycana sevgisi aydındır. Həmişə torpaqlarımıza göz dikiblər. Və bu sevgidən başlayıb hər şey. Mən Emminin Azərbaycana gəlişi sevgisini timsahın göz yaşlarına bənzədirəm. Qaldı bizim iştirakçıların Ermənistan təmsilçisinin qalib gəldiyi və sözügedən müsabiqəyə onların ev sahibliyi etdikləri zaman Ermənistana gedib çıxış etmələrinə, əlbbəttə, bizim iştirakçılarımız ora gedə bilərlər. Çünki Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Sadəcə zaman-zaman işğalçı siyasətlərini yeridib, bizim ərazilərə sahib çıxaraq məskən salıblar. Amma ermənilərin Azərbaycana gəlməyə heç bir haqları yoxdur. Tökdükləri azərbaycanlı qanı azmış kimi, indi də gəlib bizim üçün oxumaq istəyirlər? Mənə elə gəlir ki, bu, real görünmür. Heç ictimaiyyət də bunu yaxşı qarşılamaz. Buna ehtiyac da yoxdur. "Eurovision-2011" çərçivəsində erməni müğənninin "Azərbaycan sevgisi" yalnız düşünülmüş piar kampaniyasından başqa şey deyil. Onun istəyini quru söz və yaxşı reklam növü kimi də çözələmək çətin deyil ", - Elçin Əlibəyli tənqidi fikirlərini bu sözlərlə tamamladı.

Xəbər lenti

Xəbər lenti