...

Rəhim Rəhimli meydanı qızışdırdı, İnna və Marina isə "siz dəhşətsiniz" dedi (FOTO)

Mədəniyyət Materials 2 May 2011 16:52 (UTC +04:00)
Dünən şəhərin elit-klublarından birində populyar Azərbaycan bəstəkarı və müğənnisi, "Lider" telekanalında illərdən bəri aparıcısı olduğu "Dostum" tele-layihəsi ilə həm də rəqibsiz şoumen olduğunu sübuta yetirən Rəhim Rəhimli öz fanatlarını başına toplayıb, möhtəşəm şou düzənlədi.
Rəhim Rəhimli meydanı qızışdırdı, İnna və Marina isə "siz dəhşətsiniz" dedi (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Ş.Cavadsoy/

Dünən şəhərin elit-klublarından birində populyar Azərbaycan bəstəkarı və müğənnisi, "Lider" telekanalında illərdən bəri aparıcısı olduğu "Dostum" tele-layihəsi ilə həm də rəqibsiz şoumen olduğunu sübuta yetirən Rəhim Rəhimli öz fanatlarını başına toplayıb, möhtəşəm şou düzənlədi.

"Oyna, dostum" adlı şouya Ukraynanın tanınmış "VİP" qrupunun solistləri İnna və Marina bacıları da təşrif buyurmuşdular.

Reper Kölgənin aparıcılığı ilə başlayan konsertdə ilk əvvəl Rəhimin özü səhnəyə çıxdı. Və coşan fanat ordusuna "super şou olacaq" deyib, hamını rəqs meydançasına səslədi. Estrada müğənnisi Orxan Babazadə, "Azəri Star 2011" mahnı müsabiqəsinin bir neçə iştirakçısı, İctimai radionun tanınmış aparıcı-dj-i Kazım Bağırov, Lider TV-də yayımlanan "Ekstra hiss" verilişinin aparıcısı Zabir Əliyev, "Qızıl Pillə" maqazin verilişinin seksual aparıcısı Zemfira, "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu, sözügedən kanalda bu həftədən etibarən yayımlanacaq "Foto Şok" paparatsi verilişinin aparıcıları Murad və Novruz, eləcə də proqramın rejissoru Anar, "Kim? Harada? Necə?" maqazin verilişinin aparıcı-jurnalisti Ramin İbrahimov, "Radio Antenn"in dj-i Ağa o qədər sərbəst rəqs edirdilər ki, sanki onlar populyar sima deyildirlər. Skripkaçı Səlim Abbasovun səhnəyə çıxması meydanı daha da qızışdırdı. Səlim həm skripkada ifa etdi, daha sonra bir necə mahnı da oxuyaraq, özü də rəqs edənlərin cərgəsinə qoşuldu.

Gecə saatlarına qədər davam edən şənlik barədə belə qənaətə gəlmək olar ki, qızışan meydanda qayışlar açıldı, hər kəs doyunca rəqs edib, stresslə dolu həftənin sonuncu günü Rəhim Rəhimlinin sayəsində daha yaddaqalan oldu. Amma çətin ki, səhnədə bir neçə dəfə çıxılmaz situasiyalarla qarşılaşan İnna və Marina yolunu bir də paytaxtımızdan salalar. Trend-in əməkdaşına üzünü tutan Marina "biz elə bilirdik ki, Azərbaycanda paparatsilər yoxdur, siz dəhşətsiniz, heç nə gözünüzdən yayınmır. Vay, görəsən, başqa xarici estrada ulduzları bu barədə məlumatlıdırlar, ya yox?" deyib fağır baxışları ilə daha hədəfdə olmaq istəmədiyini nümayiş etdirdi. Qonağa hörmət əlaməti olaraq, xanımların səhnədəki daha açıq-saçıq şəkillərini yayımlamağı lazım bilmədik.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti