...

Rejissor Kənan M.M-in həyat yoldaşı müğənni Aygün Şükürova şou gündəmini silkələdi

Mədəniyyət Materials 28 İyul 2011 19:05 (UTC +04:00)
Yaradıcılığına "Azəri Star" mahnı müsabiqəsində müğənni kimi başlayıb, 2008-ci ildə Türkiyədə keçirilimiş "Popstar Alaturka" yarışmasında fərqli performans nümayiş etdirib istedadını milyonlarla tamaşaçıya tanıdan Aygün Şükürova şou gündəmini silkələyən yeni bir mahnısı ilə pərəstişkarlarını sevindirib.
Rejissor Kənan M.M-in həyat yoldaşı müğənni Aygün Şükürova şou gündəmini silkələdi

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Yaradıcılığına "Azəri Star" mahnı müsabiqəsində müğənni kimi başlayıb, 2008-ci ildə Türkiyədə keçirilimiş "Popstar Alaturka" yarışmasında fərqli performans nümayiş etdirib istedadını milyonlarla tamaşaçıya tanıdan Aygün Şükürova şou gündəmini silkələyən yeni bir mahnısı ilə pərəstişkarlarını sevindirib. Tanınmış rejissor Kənan M.M ilə ailə həyatı qurduqdan sonra sənətdə fasilə vermək məcburiyyətində qalan Aygünün həm də oğlu dünyaya gəldiyi üçün onun qayıdışı bir az da yubandı. Amma son günlər radio dalğalarında ən çox səslənən, internet saytlarından yetərincə yüklənilən "Mənə gəl desən" mahnısının ifaçısı kimi Şükürova tələb olunan müğənnilər cərgəsində öz yerini bərpa edib.

Trend-ə açıqlamasında uğurlu mahnısı barədə danışan Aygün, bütün uğurlarına görə ilk növbədə həyat yoldaşına təşəkkürünü ünvanladı. "Xobəxt ailəm var. Mənə xoş günlər yaşatdığı, hər anımda dəstək olduğu üçün Kənana minnətdaram. Doğrudur, əvvəl ailə qurdum, sonra da oğlumuz Hüseynə görə yaradıcılığımda xeyli fasilə yaranmışdı. Məncə yarımçıq qalan yaradıcılıq işlərimin başına keçməyin tam vaxtıdır. Baxmayaraq ki, yaydır və insanlar istirahət etməyə can atırlar. Yetərincə dincəldiyim üçün mən ancaq yeni-yeni mahnılar yazdırıb, onların hit-paradlarda yer tutması üçün çalışıram. Qayıdışım sözləri və musiqisi Arzu Səmədqızına məxsus olan "Mənə gəl desən" bəstəsi ilə olsa da, bu xanımla işbirliyimizi daha sıx davam etdirəcəyik" - Aygün belə dedi.

Söhbətimiz zamanı müğənni səs-tembrini türk pop ulduzu Sibel Cana bənzədənlərə də cavab verdi. "Bunu çox adamdan eşidirəm ki, səsimi Sibel Canın oxu tərzinə bənzədirlər. Açığı bu fikirlərlə qarşılaşanda heç də qıcıqlanmıram. Çünki uşaqlıqdan ən çox qulaq asdığım müğənni olub Sibel Can. İndi də onu dinləyirəm. Musiqi biliciləri təsdiqləyər ki, səslərimizdə oxşarlıq olsa da mənim tembrim daha qalındır. Oxu tərzlərimizin bir-birinə oxşaması isə ikimizin də mahnıları sinə səslə ifa etməyimizdən irəli gəlir", - Şükürova əlavə etdi.

Xəbər lenti

Xəbər lenti