Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir İ.İsabalayeva/
Avstriya Eurovision 2012 Mahnı Müsabiqəsi üçün təmsilçisini müəyyənləşdirib.
Trend şənbə günü eurovision.az saytına istinadən xəbər verir ki, ötən gün ölkənin müsabiqə üzrə super finalı olub. Seçimlərin final mərhələsində təmsilçilik uğrunda iki ifaçı yarışıb. Seçimlərin nəticəsində "Trackshittaz" qrupu Bakı səhnəsində çıxış etmək şansı qazanıb.
Onlar may ayında Bakıda "Woki Mit Deim Popo" ("Shake Your Ass") mahnısını ifa edəcək. Bu qrup Avstriyanın Milli Seçimlərində ötən il də iştirak edib və finalda 2-ci yeri tutub.
Qeyd edək ki, Avstriya təmsilçisi mayın 22-də Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalında finala çıxmaq uğrunda yarışacaq.