...

"Eurovision 2012"-də iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin iclası keçirilib

Mədəniyyət Materials 19 Mart 2012 18:39 (UTC +04:00)
Bu gün Bakıda "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin toplantısı keçirilib.
"Eurovision 2012"-də iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin iclası keçirilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Bakıda "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin toplantısı keçirilib.

Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, toplantıda nümayəndə heyətləri öz təmsilçilərinin müsabiqədə ifa edəcəyi mahnıları rəsmi olaraq təqdim ediblər.

İclas içtirakçıları müsabiqəyə hazırlıqla bağlı - şounun keçiriləcəyi arena, səhnə konsepsiyası, hotellər və digər zəruri məsələlər barədə məlumat alıblar.

"Biz inanırıq ki, may ayında Bakıda fantastik şou olacaq" - "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand toplantıda çıxışı zamanı bildirib.

Nümayəndə heyətlərinin rəhbərlərinə "Eurovision 2012"-nin keçiriləcəyi "Bakı Kristal Zalı" və buradakı şou barədə məlumat verilib. Bildirilib ki, bu şouda Avropa televiziyalarında bugünədək istifadə olunmayan işıqlandırma sistemi tətbiq ediləcək. Eyni zamanda, builki postkardlar da (iştirakçı ölkələrin çıxışlarından əvvəl yayımlanan videoçarx) fərqli üslubda olacaq. Budəfəki şouda bütün 42 postkard müsabiqənin ev sahibi Azərbaycana aid olacaq.

İki gün davam edəcək iclasın yekununda "Eurovision 2012"-dəki ölkələr arasında püşkatma keçiriləcək. Bu püşkatma nəticəsində birinci və ikinci yarımfinallardakı ölkələrin, eləcə də birbaşa finalda çıxış edən 6 ölkənin çıxış ardıcıllığı müəyyən ediləcək. Püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və eurovision.tv ilə canlı yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti