...

"Eurovision"da iştirak böyük Avropa səhnəsinə çıxmaq imkanıdır – Moldova təmsilçisi

Mədəniyyət Materials 23 Mart 2012 17:02 (UTC +04:00)
"Eurovision"da iştirak təkcə Avropa səhnəsinə çıxmağa yardım etmir, həm də belə nəhəng miqyasda layihədə əvəzolunmaz iştirak təcrübəsi verir.
"Eurovision"da iştirak böyük Avropa səhnəsinə çıxmaq imkanıdır – Moldova təmsilçisi

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir V.İmanov/

"Eurovision"da iştirak təkcə Avropa səhnəsinə çıxmağa yardım etmir, həm də belə nəhəng miqyasda layihədə əvəzolunmaz iştirak təcrübəsi verir. Bunu cümə günü Trend-ə müsahibəsində Moldovanın "Eurovision 2012" təmsilçisi Paşa Parfeni bildirib.

"Eurovision"da iştirak həm də gələcəkdə mütləq öz rolunu oynayacaq çoxsaylı faydalı və maraqlı tanışlıqlardır", - o deyib.

Parfeninin sözlərinə görə, o milli seçimdə özünün uğurlu çıxışı üçün qənaət etdiyi şəxsi vəsaitindən istifadə edib, çünki sadəcə olaraq başqa vasitə yox idi.

"Lakin mən buna təəsüflənmirəm, hətta əksinə. Axı ola bilsin ki, bu mənim ən uğurlu uduşumdur. Mənim ümidlərimi doğruldan özümə qoyduğum puldur", - o deyib.

"Başlıcası qələbə deyil, iştirakdır" - bu mənim üçün deyil! Bu qayda indi də qüvvədədir - mən Bakıya qələbə ardınca gələcəyəm!" - moldovalı iştirakçı deyib.

Lakin, musiqiçinin sözlərinə görə, indiki halda qələbə birinci yer tutmaqda deyil, haqqında bütün Avropanın danışacağı uğurlu və yadda qalan ifadadır.

Parfeninin sözlərinə görə, onun mahnısı çox ironikdir, Moldova yaradıcılığının ənənəvi elementləri ilə zəngindir.

"Lautar" - müxtəlif tədbirlərdə oxuyan və çalan musiqiçidir. O, növbəti toyların birində ali cəmiyyətdən bir qıza aşiq olur",- Parfeni danışır.

"Bu mahnı iki tamamilə müxtəlif - zadəgan, zəngin və Balkan musiqisi dünyalarının qovuşması haqqındadır", - o deyir.

Parfeninin sözlərinə görə, əsas peşəsindən azad olduğu vaxtlarda o, yenə musiqi ilə məşğul olur.

"Musiqidən sərbəst vaxtlarımda öz sevimli işimlə, yəni yenə də musiqi ilə müzakirə olunuram və bu, mənə son dərəcə xoş gəlir. Lakin əlbəttə, mənim, məsələn, səyahət, özün üçün yeni hissləri açmaq, maraqlı adamlarla ünsiyyətdə olmaq və bu kimi başqa maraq və tələbatlarım da var!" - o deyib.

Parfeni Azərbaycanın musiqi mədəniyyəti haqqında çox şey bildiyini deyir.

"Çünki Tiraspol kollecində mən məhz estrada-caz bölməsində musiqini öyrənirdim, ona görə də məşhur "Qaya" caz ansamblı ilə maraqlanmaya bilməzdim. Bu ansamblın iştirakçıları Sovet İttifaqında ilk dəfə olaraq ingilis dilində Qərbin "İisus Xristos - superulduz" hitini oxumuşdular. Daha bir dahi cazmen Pərviz Rüstəmbəyovu xatırlamaya bilmərəm. Onun xatirəsinə Bakıda beynəlxaql caz festivalı keçirilir. Sovet estradasının əfsanəsi Müslüm Maqomayevi yada salmamaq mümkün deyil.

Onu da bilirəm ki, müntəzəm şəkildə öz doğma şəhərinə səfər edən Larisa Dolina, Rusiyanın xalq artisti və "Oskar" mükafatı laureatı Vladimir Menşov, fizika üzrə Nobel mükafatı laureatı Lev Landau və sovet kəşfiyyatçısı Rixard Zorge kimi şəxsiyyətlər Bakıda doğulublar", - o deyib.

Musiqiçinin sözlərinə görə, bu il Moldovada ilk dəfə olaraq Azərbaycandan yeddi artistin iştirak etdiyi "Mertsişor" illik musiqi festivalı keçirilib.

Paşa Parfeni 1986-cı ildə Orgeyev şəhərində anadan olub. Pridnestrovye musiqi kollecinin caz alətləri üzrə sinfini bitirib. Moldova müğənnisi və bəstəkarı, "SunStroke Project" qrupunun keçmiş solistidir.

Parfeni Vitebsk şəhərində "Slavyanski bazar", Rumıniyadakı "Mamaia 2009" müsabiqələrinin qalibidir. Moldovanın "Eurovision" milli seçimlərində dəfələrlə iştirak edib.

2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı"nda keçiriləcək. "Bakı Kristal Zalı" 23 min tamaşı tutumuna malikdir, daha 16 min tamaşaçı müsabiqənin yarımfinalları və finalına böyük monitorlarda canlı efirdə baxmaq imkanı əldə edəcək.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti