...

"Eurovision" fanatları sakinləri maşınlardan imtina etməyə çağırıblar (VİDEO)

Mədəniyyət Materials 3 Aprel 2012 12:58 (UTC +04:00)
Bu gün "Eurovision"ın Azərbaycandakı rəsmi Fan Klubu məşhur müğənni Ədalət Şükürovla birlikdə "Maşınsız bir gün" adlı aksiyaya start verib.
"Eurovision" fanatları sakinləri maşınlardan imtina etməyə çağırıblar (VİDEO)

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu gün "Eurovision"ın Azərbaycandakı rəsmi Fan Klubu məşhur müğənni Ədalət Şükürovla birlikdə "Maşınsız bir gün" adlı aksiyaya start verib.

Fan Klubdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aksiyada məqsəd son zamanlar Bakı şəhərində müşahidə olunan tıxaclarla əlaqədar avtomobillərdən bir günlük imtina etməkdir. Aksiyanın keçiriləcəyi müddət ərzində mütəmadi olaraq, həftənin çərşənbə axşamı günlərində avtomobillərdən daha az istifadə olunması barədə əhaliyə müraciət nəzərdə tutulub.

Aksiyanın ilkin müraciəti müğənni Ədalət Şükürov tərəfindən edilib. O, 3 aprel 2012-ci il tarixindən etibarən həftənin çərşənbə axşamı günlərində insanları şəxsi avtomobillərindən istifadə etməməyə və ya istifadə dərəcəsini minimuma endirməyə səsləyib.

Bu ənənənin may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə qədər davam etdirilməsi nəzərdə tutulub. Nəticədə müsabiqə keçirilən günlər ərzində avtomobil sıxlığının bir qədər azaldılmasına nail olunacaq.

Qeyd : Müraciət videosunu izləmək üçün linkə daxil olun : http://www.youtube.com/watch?v=fjalFxt4Th4&feature=g-upl&context=G2e46d8bAUAAAAAAAAAA

Qeyd edək ki, "Eurovision"ın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci ilin aprelin 1-də yaradılıb. Hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti