...

İspaniya təmsilçisinin "Eurovision" səhnəsindəki libası gəlinlik paltarı qədər dəyərlidir

Mədəniyyət Materials 25 Aprel 2012 17:00 (UTC +04:00)
Pastora Soler "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqla yanaşı, İspaniyada konsert turunu davam etdirir.
İspaniya təmsilçisinin "Eurovision" səhnəsindəki libası gəlinlik paltarı qədər dəyərlidir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Pastora Soler "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqla yanaşı, İspaniyada konsert turunu davam etdirir.

"Düzdür, biz indi çox gərgin işləyirik. Amma bilirəm ki, "Eurovision" səhnəsinə İspaniya adından çıxdığım zaman hər şeyi unudacam və çox həyəcanlı olacağam. Bu həyatımın xüsusi anlarından birinə çevriləcək", - o deyib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, müğənni şounun sadə, lakin yüksək səviyyədə olacağını bildirib. Pastora Soler mayın 26-da "Bakı Kristal Zalı" səhnəsinə hansı libasda çıxacağı barədə hələlik susmağa qərar verib.

"Mənim üçün "Eurovision" səhnəsində geyinəcəyim libas gəlinlik paltarı kimidir. O, müsabiqədə çıxış günümədək gizli qalmalıdır", - Soler bildirib.

Xəbər lenti

Xəbər lenti