...

Rusiyanın "Eurovision 2012" təmsilçiləri Azərbaycan dilindən ustad dərsi keçib

Mədəniyyət Materials 1 May 2012 19:48 (UTC +04:00)
Rusiyanın Udmurt Respublikasının Azərbaycan İcması bu ölkənin "Eurovision 2012"-dəki təmsilçisi "Buranovskiye babuşki"nin üzvlərinə Azərbaycan dili üzrə ustad dərsləri təşkil edib.
Rusiyanın "Eurovision 2012" təmsilçiləri Azərbaycan dilindən ustad dərsi keçib

Azərbaycan, Bakı, 1 may /Trend/

Rusiyanın Udmurt Respublikasının Azərbaycan İcması bu ölkənin "Eurovision 2012"-dəki təmsilçisi "Buranovskiye babuşki"nin üzvlərinə Azərbaycan dili üzrə ustad dərsləri təşkil edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Udmurtiya üzrə regional bölməsinin icraçı direktoru Ceyhun Babayev bəzi Azərbaycan və udmurt sözlərinin eyni kökə malik olduqlarını və bu səbəbdən də nənələrə dilimizi asanlıqla öyrətdiklərini bildirib.

"Nənələr hər şeyi asanlıqla qavrayır və Azərbaycan sözlərini səlis tələffüz edirlər", - o deyib.

Hələlik nənələr "ana", "ata", "salam", "sağ olun" və "biz qalib gələcəyik" kimi sözləri öyrənməyə müvəffəq olublar. Qrupun mətbuat katibi Svetlana Sarıqinanın sözlərinə görə, nənələr Azərbaycan dilini pərəstişkarlarla asanlıqla ünsiyyətdə olmaq üçün öyrənirlər.

Qeyd edək ki, Rusiyanı təmsil edəcək "Buranovskiye babuşki" mayın 22-də keçiriləcək birinci yarımfinalda "Party for everybody" mahnısı ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti