Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
"Eurovision" mahnı yarışmasının qalibi, eyni zamanda bumüsabiqənin aparıcısı olmuş Eldar Qasımov "I'm Free" mahnısına Ukraynada çəkilən klipinin təqdimatını keçirib.
Eldar Qasımovun özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən "I'm Free"- özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqında bir mahnıdır. Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur.
Sənətçinin "Eurovision" qalibiyyətindən sonra ilk solo klipi 2012-ci il iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə çəkilib. Bu layihə bütünlüklə Ukraynanın məşhur Euomedia Group şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün nə az, nə çox düz 200 nəfər çalışıb.