...

"Yay" qalereyasında rəssam Ramal Kazımovun sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 30 Noyabr 2012 16:40 (UTC +04:00)
İçərişəhərdə "Yay" qalereyasında gənc rəssam Ramal Kazımovun fərdi sərgisi açılıb.
"Yay" qalereyasında rəssam Ramal Kazımovun sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir V.İmanov/

İçərişəhərdə "Yay" qalereyasında gənc rəssam Ramal Kazımovun fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri, professor Nərgiz Paşayeva, "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, ictimai xadimlər, tanınmış rəssamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunu olan Ramal qadağan edilmiş məsələləri qəbul etmir. Ramalın bitkin və müəyyən qədər tutqun üslubu ekspressionist rəssamların obrazlarının yaratdığı təəssürat nəticəsində formalaşıb. Onun yaratdığı əsərlərdə Frensis Bekonla Munkun reallıqla çarpışması təsvir olunub. Son nöqtəyə qədər həyat savaşı aparan və sözün əsl mənasında öz döş qəfəslərini yortan personajlar tamaşaçıları çaşdırırlar. Onlar tikanlar və şüşə qırıntıları aləmində güzəranlarını keçirdirlər və özlərinə bənzər personajlar izdihamını yarıb keçməklə qəm, ehtiras və haraydan korlanmış simaları ilə və sanki ifrat əsəb gərginliyi keçirdərək qıc olmuş vücüdları ilə nur aləmina yol açırlar. Onların açıq-aşkar çılpaqlığı bilərəkdən gözləri oxşayan məlahətdən məhrum edilib və tamaşaçıları utanma hissi keçirməyə vadar edir. Bəzi personajlar "qorxu", "xəcalət" və "həyacan" məfhumların vizual əksinə bənzəyirlər.

Rəssamın yaratdığı əsərlərdə izhar olunan təhrikçilik qatı humanizm tərəfdarı sayılan və ədalətsizliyin bütün əlamətlərini pisləyən Ramalın xasiyyəti ilə ahəngsizlik təşkil edir. Fəqət məhz xasiyyət yumşaqlığı və ziyalılığı hesabına "Abstinensiya" və "Diqqətdən kənar" kimi mənalı adlandırılmış əsərlərin müəllifi cəmiyyətin bütün ağrılı nöqtələrini tam hiss edə bilir.

Sərginin mərkəzində bir-birinə sarmaşan altı vücüddan ibarət heykəl kompozisiyası yerləşir: "Təbəqələşmə" adlı əsər getdikcə uğurlu və uğursuzlara, həssas və özündə əmin olanlara, tanınan və səfillərə bölünən cəmiyyətin mərsiyəsidir. Əsərin əsasını insan kütləsini müxtəlif qruplara və təbəqələrə bölməyə imkan yaradan saysız-hesabsız prinsiplər təşkil edir. Öz fərdi təcrübəyə və dəyərlər sisteminə əsaslanaraq, bütün insanlar öz mövcudluğunun sərhədini müəyyənləşdirirlər.

1987-ci ildə Gəncə şəhərində anadan olan və 2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirən Ramal Kazımov artıq öz yetkin, eyni zamanda, müəyyən dərəcədə tünd rənglərə üstünlük verən üslübu sayəsində peşəkar tənqidçilər tərəfindən qeyd olunub.

Ramal Kazımovun iştirak etdiyi sərgilər:

2012 - "Birləşən Körpülər", "YARAT! Müasir İncəsənət Məkanı" tərəfindən təşkil olunan sərgi. Müasir İncəsənət Muzeyi, Bakı.

2011 - "Almaniya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi

2011 - "Ön Söz", "YARAT! Müasir İncəsənət Məkanı" tərəfindən təşkil olunan sərgi

2007 - İsrail Dövlətinin qurulmasının 60-cı ildönümünə həsr olunan sərgi

2006 - Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin təşkil etdiyi sərgi

"YARAT!" Müasir İncəsənət Məkanı kimi yaradılması Aidə Mahmudovanın fikri olan "YAY!" qalereyası qarşısına müasir Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək, habelə bakılıları dünya incəsənətində peyda olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoyur. "YAY!" qalereyası rəssamların yaradıcılıq sınaqları üçün daimi meydançasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti