...

İsveçrədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 4 Dekabr 2012 19:17 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Aarqau Kantonuna işgüzar səfər edib.
İsveçrədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Aarqau Kantonuna işgüzar səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Zeynallı Kantonun Baş naziri xanın Suzanne Hoxuli ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsveçrə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib.

Görüş çərçivəsində Aarqau Kantonu ilə iqtisadi, humanitar və mədəni sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Aarqau Kantonunda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Aarqau Kantonuna səfəri çərçivəsində səfir Zeynallı, həmçinin Kanton Parlamentinin iclasında fəxri qonaq qismində iştirak edib.

Səfərin yekunu olaraq, Kantonun Baş naziri Suzanne Hoxuli adından Azərbaycan səfirinin şərəfinə Kantonun "Liebegg" qəsrində ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti