...

İsveçrə kantonunda Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlər keçiriləcək

Mədəniyyət Materials 13 Dekabr 2012 17:48 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkənin Thurqau kantonuna işgüzar səfər edib.
İsveçrə kantonunda Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkənin Thurqau kantonuna işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində səfirin kantonun Baş naziri xanım Monika Knill-Kradolfer ilə görüşü keçirilib. Görüşdə Azərbaycan ilə İsveçrə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib.

Görüş çərçivəsində Thurqau kantonu ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, kantonda Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsi haqqında ilkin razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti