...

"Nizami" sənədli filminin təqdimatı olacaq

Mədəniyyət Materials 14 Dekabr 2012 17:29 (UTC +04:00)
Dekabrın 18-də, saat 19:00-da Nizami Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.
"Nizami" sənədli filminin təqdimatı olacaq

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Dekabrın 18-də, saat 19:00-da Nizami Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Həmin gün Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti