Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Yanvarın 17-də sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Tünzalə Ağayevaya aid olan "Bir dünya istəyirəm" adlı mahnının və klipin təqdimatı keçiriləcək.
Trend-in məlumatına görə, klipin rejissoru Ülviyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır. Mahnıda "Noğullar" uşaq vokal qrupu iştirak edir. Qrupun rəhbəri Məryəm və Natiq Qəzənfəroğlu ailəsidir.
20 Yanvar faciəsinin 23-cu ildönümü ərəfəsində təqdim olunacaq "Bir dünya istəyirəm" mahnısı Vətən uğrunda şəhid olan, dünyada bu gün də davam edən soyqırımların, savaşların, təcavüzlərin, onların doğurduğu fəlakətlərin, aclıqların qurbanı olan milyonlarla insanın, uşaqların, körpələrin əziz xatirəsinə bir ithafdır.