...

"Çölçü"nün təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Fevral 2013 10:20 (UTC +04:00)
Bakıda “Nizami” kinoteatrında rejissor Şamil Əliyevin "Çölçü" (Степняк/Steppe Man) bədii filminin təqdimat mərasimi keçirilib.
"Çölçü"nün təqdimatı keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir M.Əliyev/

Bakıda "Nizami" kinoteatrında rejissor Şamil Əliyevin "Çölçü" (Степняк/Steppe Man) bədii filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirini müavini Ədalət Vəliyev qeyd edib ki, "Çölçü" filmi Azərbaycanda 2013-cü ilin ilk premyerası. Onun sözlərinə görə, filmin çəkilişlərindən ötən az müddət ərzində artıq "Çölçü" 6 beynəlxalq kinofestivalda iştirak edib.

Öz çıxışında Vəliyev filmin ərsəyə gəlməsində ssenari müəllifi və baş rolun ifaçısı Vidadi Həsənovun uzun illərdi böyük sənətdə aktyor kimi çalışdığını və bu filmlə ilk dəfə bədii filmin ssenari müəllifi kimi çıxış etdiyini bildirib. O həmçinin filmin rejissoru Şamil Əliyevin və quruluşçu rəssamı Rafiq Nəsirovun xidmətlərini xüsusi qeyd edib.

Qeyd edək ki, "Çölçü" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov və İbrahim Xəlil Aminov, bəstəkarı Rauf Əliyev, prodüserləri Müşviq Hətəmov və Azər Quliyevdir.

Filmdə Bəhruz Vaqifoğlu, Salome Demuria, Vidadi Həsənov, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.

"Çölçü" filminin süjetibelədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o yaxın məhəllədən gəlmiş qızla tanış olur. Qadınla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya addım olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti