...

Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb (FOTO)

Mədəniyyət Materials 20 Aprel 2013 11:15 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı (BMA TGT) tərəfindən keçirilən Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb.
Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı (BMA TGT) tərəfindən keçirilən Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı başa çatıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4 gün davam etmiş tələbə teatr festivalı çərçivəsində BMA tələbələri Ü.Hacıbəylinin felyetonlarını, "Arşın mal alan", "Ər və arvad", "O, olmasın bu, olsun" və s. musiqili komediyalarını səhnələşdiriblər. Festivalda ümumilikdə 50 tələbə iştirak edib.

BMA-nın rektoru Fərhad Bədəlbəylinin, akademiyanın prorektorları Gülnaz Abdullazadənin, Yeganə Axundovanın, ATGTİ-nin sədri Şahin İsmayılovun iştirakı ilə keçirilmiş tələbə teatr festivalının bağlanış mərasimində festival iştirakçıları mükafatlandırılıbar. Bağlanış mərasimi Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti