...

"İvan Vasilyeviç" dünyasını dəyişdi

Mədəniyyət Materials 30 Noyabr 2013 12:38 (UTC +04:00)
Noyabrın 30-na keçən gecə tanınmış teatr və kino aktyoru Yuri Yakovlev 86 yaşında vəfat edib.
"İvan Vasilyeviç" dünyasını dəyişdi

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 30-na keçən gecə tanınmış teatr və kino aktyoru Yuri Yakovlev 86 yaşında vəfat edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Y.Vaxtanqova adına Dövlət Teatrının saytına istinadən xəbər verir.

Teatrın direktoru Yevgeni Kryukun sözlərinə görə, aktyor huşunu itirdikdən sonra xəstəxanaya çatdırılıb və orada vəfat edib. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Yuri Yakovlev 1928-ci ildə Moskvada anadan olub. 1952-ci ildə B.V.Şukin adına Ali Teatr Məktəbini bitirdikdən sonra Y.Vaxtanqova adına Dövlət Teatrında işləməyə başlayıb. Teatrda çalışdığı 51 il ərzində 30-dan artıq rol oynayıb.

Eyni zamanda, Y.Yakovlev 70-dən artıq kinoya çəkilib. O, tamaşaçıların yaddaşında daha çox "İvan Vasilyeviç peşəsini dəyirşir", "Qusar balladası", "Qəribə təsadüf və ya həmişə təmizlikdə" və "Kin-za-za" filmlərində oynadığı rollarla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti