...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən Azərbaycan günləri böyük maraq doğurub (FOTO)

Mədəniyyət Materials 24 Sentyabr 2014 03:18 (UTC +04:00)
Ölkəmizin fransızlara daha yaxından tanıdılması üçün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisin VI meriyasının ərazisindəki Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən Azərbaycan Günləri paytaxt sakinləri və qonaqlar arasında böyük maraq doğurub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən Azərbaycan günləri böyük maraq doğurub (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Ölkəmizin fransızlara daha yaxından tanıdılması üçün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisin VI meriyasının ərazisindəki Sen-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərciyi" çərçivəsində keçirilən Azərbaycan Günləri paytaxt sakinləri və qonaqlar arasında böyük maraq doğurub.

"Şəhərciy"ə gələnlər müxtəlif növ şərablara, şirniyyatlara, mürəbbələrə, quru meyvələrə, çay dəsgahlarına qonaq edilib. Onlar xalça toxunmasının və misgərlik məmulatlarının hazırlanmasının sirləri ilə yaxından tanış olub, ölkəmizin tarixindən, mədəniyyətindən, musiqisindən, incəsənətindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ, o cümlədən Şuşadan bəhs edən kitabları və broşürləri, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilən XII əsr Azərbaycan şairi, dahi söz ustadı Nizami Gəncəvinin həyat və yaradıcılığına dair kitabları əldə edib, Azərbaycan incəsənət ustalarının çıxışlarını diqqətlə izləyiblər.

Paytaxt sakinləri sentyabrın 23-də incəsənət ustalarının növbəti konsertini dinləyiblər.

Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblı fransalı tamaşaçılar qarşısında çıxış edib. Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasov, Xəyyam Məmmədov, Çinarə Mütəllibova, Şəfa Kərimov, Elmir Tarverdiyev, Eyvaz Mütəllimov və Mehman Nuriyevin müxtəlif milli musiqi alətlərində ifaları, xanəndələrdən Əməkdar Artist Səbuhi İbayev, Günay İmamverdiyeva və Könül Tağıyevanın oxuduqları muğamlar və xalq mahnıları fransızlar tərəfindən rəğbətlə qarşılanıb.

Parisdə "Azərbaycan şəhərciyi" çərçivəsində Azərbaycan Günləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti