...

Berndə Azərbaycanın müstəqillik gününə həsr olunmuş rəsm sərgisinin açılışı olub (FOTO)

Mədəniyyət Materials 15 Oktyabr 2014 16:16 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.
Berndə Azərbaycanın müstəqillik gününə həsr olunmuş rəsm sərgisinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş "Azərbaycanın gənc rəssamları İsveçrədə" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditasiya olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı ölkələr və xalqlar arasında əlaqələrin inkişafında mədəni tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, bu xüsusda müstəqilliyimizin bərpa edilməsindən sonra dövlətimizin, xüsusilə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xalqımızın mədəniyyətinin təbliğində müstəsna rol oynadığını bildirib.

Ölkəmizin gənc rəssamlarının sərgiləri Sofiya, Brüssel, Vyana, Paris, Roma, London, Milan və Budapeşt şəhərlərində təşkil olunub və hazırkı sərgi sayca onuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti