...

"Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olacaq

Mədəniyyət Materials 21 Oktyabr 2014 11:40 (UTC +04:00)
Oktyabrın 24-də Xalq artisti Tofiq İsmayılovun “Salnamə” studiyasında çəkdiyi, dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimatı olacaq.
"Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olacaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Oktyabrın 24-də Xalq artisti Tofiq İsmayılovun "Salnamə" studiyasında çəkdiyi, dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olacaq.

Trend xəbər verir ki, Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələrinin, sənətkarın müxtəlif illərdəki ən gözəl ifalarının, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrlarının yer aldığı filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Təqdimat saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti