Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda ötən il muzeylərə gələnlərin sayı 2,2 milyon, teatrlara gələnlərin sayı 0,7 milyon nəfər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının sayı 28-ə çatıb.
Bu gün Azərbaycanda 34 milyon kitabxana fondu olan 3320 kütləvi kitabxana, 2731 klub müəssisəsi, 228 muzey, 28 peşəkar teatr və 346 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.