...

Əbülfəs Qarayevin BMT-nin ali nümayəndəsinə hədiyyəsi (FOTO)

Mədəniyyət Materials 30 Yanvar 2015 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Amerika Birləşmiş Ştatlarında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 29 yanvar tarixində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir ilə görüşmüşdür.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq məsələləri, xüsusilə qarşıdan gələn 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə edilmişdir. Ali nümayəndə Azərbaycana böyük sevgi ilə yanaşdığını və ölkə başçısı İlham Əliyevin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəm və dəstəyin onda dərin təəssürat yaratdığını qeyd etmişdir.

Nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Foruma Alyansın və şəxsən Ali nümayəndənin göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirərək, əvvəlki iki Forumda olduğu kimi cari ilin may ayında keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığında bütün tərəfdaş beynəlxalq qurumların, eləcə də Alyansın xüsusi rolunu yüksək qiymətləndirdiklərini ifadə etmişdir.

Görüşdə vurğulanmışdır ki, növbəti Forum hazırda dünyada artan ekstremizm və anlaşılmazlıqların aradan qaldırılması üçün ideya və təşəbbüslərin platforması kimi ciddi funksiyanı yerinə yetirməli və bu istiqamətdə bütün tərəfdaşlar birgə işləməlidir.

Ali nümayəndə 3-cü Dünya Forumunda iştirak edəcəyini və ölkə rəhbərliyi ilə görüşmək arzusunda olduğunu diqqətə çatdırmışdır. Nazir qəbula görə ona təşəkkür etmiş, yekunda Azərbaycan mədəniyyətinin bir nümunəsi kimi Nasser Abdulaziz Al-Nassirə xalça hədiyyə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti