...

Dilarə Əliyeva "Azərbaycanın Vanqası" oldu (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2015 18:07 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti, teleaparıcı, aktrisa və rejissor Dilarə Əliyeva "100 kağız" adlı komediya filmində "Azərbaycanın Vanqası" rolunu oynayacaq.
Dilarə Əliyeva "Azərbaycanın Vanqası" oldu (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Vüqar İmanov/

Azərbaycanın əməkdar artisti, teleaparıcı, aktrisa və rejissor Dilarə Əliyeva "100 kağız" adlı komediya filmində "Azərbaycanın Vanqası" rolunu oynayacaq.

Trend-in məlumatına görə, filmin çəkilişlərinə fevralın 1-də başlanıb, martın 15-də isə "Nizami" kinoteatrında təqdimatı keçiriləcək.

Filmin rejissoru Şahin Zəkizadədir. Filmdə Azərbaycanın xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, əməkdar artist Naibə Allahverdiyeva, eləcə də Bəhram Bağırzadə, Azər Axşam, Zemfira Adıgözəlova, Roza Zərgərli və digərləri rol alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti