...

Azərbaycan "National Geographic"in müsabiqəsində iştirak edir

Mədəniyyət Materials 8 İyul 2015 18:53 (UTC +04:00)
"National Geographic" jurnalı "National Geographic Traveler Awards 2015" adlı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə müsabiqə - onlayn sorğu keçirir.
Azərbaycan "National Geographic"in müsabiqəsində iştirak edir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"National Geographic" jurnalı "National Geographic Traveler Awards 2015" adlı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə müsabiqə - onlayn sorğu keçirir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu sorğu cari ilin 29 iyun - 15 oktyabr tarixləri arasında "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "İlin açılış səyahəti", "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" nominasiyaları üzrə keçirilir.

Səsvermə zamanı, həmçinin ilin "Ən yaxşı xarici hava yolu şirkəti", "Ən yaxşı hotellər şəbəkəsi", "Ən yaxşı çimərlik hoteli", "Ən yaxşı internet-servis" və "Ən yaxşı səyahət proqramı" müəyyən olunacaq.

Hər il keçirilən "National Geographic Traveler Awards" müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.

Məlumat üçün qeyd etmək istərdik ki, Azərbaycan müsabiqə çərçivəsində 3 nominasiya üzrə (Çimərlik səyahəti, Ekskursiya səyahəti və Mətbəx turizmi) iştirak edir.

Aşağıdakı link vasitəsilə səhifəyə daxil olub qeydiyyatdan keçərək səsvermədə iştirak etmək mümkündür: http://www.nat-geo.ru/ngt-awards-2015/nomination/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti