...

İslam mədəniyyəti İslam Həmrəyliyi Oyunları vasitəsilə təqdim oluna bilər

Mədəniyyət Materials 3 Noyabr 2015 16:06 (UTC +04:00)
İslam irsinin və mədəniyyətinin 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları vasitəsilə təqdim olunması gözəl təcrübə ola bilər.
İslam mədəniyyəti İslam Həmrəyliyi Oyunları vasitəsilə təqdim oluna bilər

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

İslam irsinin və mədəniyyətinin 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları vasitəsilə təqdim olunması gözəl təcrübə ola bilər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni arasında keçirilən ikitərəfli görüşdə səsləndirilib.

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində keçirilən görüşdə 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının mədəni proqramının təşkil olunması məsələsi müzakirə olunub. Görüş zamanı İslam irsinin və mədəniyyətinin bu Oyunlar vasitəsilə təqdim olunmasının gözəl təcrübə ola biləcəyi qeyd olunub.

Görüş zamanı bu məsələnin geniş tərkibdə Bakıda 23-27 noyabr tarixində keçiriləcək ISESCO İcraiyyə Şurasının iclası və 12-ci baş konfransında müzakirə olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti