...

BBC telekanalı "Əli və Nino" filmi haqqında (VİDEO)

Mədəniyyət Materials 12 Fevral 2016 16:24
“Əli və Nino” filminin rejissoru, "BAFTA" mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə danışıb.
BBC telekanalı "Əli və Nino" filmi haqqında (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Əli və Nino" filminin rejissoru, "BAFTA" mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə danışıb. Telekanal, həmçinin filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Trend-in məlumatına görə, A.Kapadia BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda - daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: "Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir. Hətta təsəvvür edə bilmirdim ki, dünyanın bu hissəsi belədir. Bu həmin naməlum dünyaya dəlicəsinə səyahət idi".

Qeyd edək ki, rejissor A.Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri - "Emi" ("Amy") "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında "Oskar"a namizəddir.

"Əli və Nino" filminin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında keçirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti