Bakı. Trend:
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.
Trend-in məlumatına görə, mərasimdə tanınmış ictimai xadimlər, mədəniyyət xadimləri, müğənninin sənətini sevənlər iştirak edirlər.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
Trend vida mərasimindən fotogörüntüləri təqdim edir.