...

Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 14 Mart 2016 15:22 (UTC +04:00)
Yasamal rayon Heydər Mərkəzində xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qonaqlar Mərkəzin "Muzey" bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər. Daha sonra şairin fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Mərkəzin direktoru Naminə Ömərova tədbiri açaraq qonaqları xalq şairinin həyat və yaradıcılığından bəhs edən film nümayişinə dəvət edib.

Filmdən sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və digər iştirakçılar çıxışlarında XX əsr ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən S.Rüstəm yaradıcılığının xalqımızın milli sərvəti olduğunu, onun Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat tarixinə daxil olmuş görkəmli simalardan biri olduğunu qeyd ediblər.

Tədbirdə sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Eldarqızının təqdimatında "Ana və poçtalyon" kompozisiyası təqdim edilib.

Sonda Muğam müsabiqəsinin qalibi Nigar Rəhimovanın ifasında sözləri S.Rüstəmə aid olan mahnılar səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti