...

“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü gördü

Mədəniyyət Materials 11 İyun 2016 09:47 (UTC +04:00)
“Azərbaycan” jurnalının növbəti - altıncı sayı işıq üzü görüb.
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü gördü

Bakı. Trend:

"Azərbaycan" jurnalının növbəti - altıncı sayı işıq üzü görüb. Trend-in məlumatına görə, bu buraxılışda yenə bir-birindən maraqlı ədəbi nümunələr oxuculara təqdim olunur.

Poeziya rubrikasında Adil Cəmil, İlham Qəhrəman, Kəmaləddin Qədim, zeynalabdin Novruzoğlu, İslam Sadiq, Əlirza Həsrət, Ramiz Orsər, Şövkət Horovlunun şeirləri ilə tanış olmaq mümkündür. Nəsrsevərlər Firuz Mustafanın "Payız süvarisi" adlı kinopovesti, Pərviz Seyidlinin "Şokolad paylayan" adlı povesti, Natiq Məmmədlinin "Bakı-Tiflis qatarı..." adlı hekayələrini oxuya bilərlər.

Vaqif Yusiflinin ədəbi-tənqidi fikirlərini izləyənlər, eləcə də Südabə Ağabalayevanın bənzərsiz qələminin söhbətini özləyənlər də "Azərbaycan" jurnalının iyun buraxılışında onlarla həmsöhbət ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti