...

"Kids Fashion Show"nun qalibləri müəyyənləşdi (FOTO)

Mədəniyyət Materials 12 İyul 2016 20:33 (UTC +04:00)
"Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Kids Fashion Show" keçirilib.
"Kids Fashion Show"nun qalibləri müəyyənləşdi (FOTO)

Bakı. Trend:

"Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Kids Fashion Show" keçirilib.

Trend-in məlumatına görə, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. Nümayişin mövzuzu “Yay kolleksiyası” olub.

Nümayişdə 63 model və 20 modelyer iştirak edib. Modellərin 35-i qız, 28-i oğlan olub.

Münsiflər heyətində Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, müğənnilər Natavan Həbibi, Elnur Məmmədov, Ceyhun Bakinskiy, model Könül Əziz və stilist Sevinc Seyidova təmsil olunublar.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin hüquqi təmsilçisi Aygün Əliyevadır.

Oğlanlar arasında 1-ci yerə Hüseyn Hüseynli, modelyer Məhin Həsənli, 2-ci yerə model Tural Fərəcov və modelyer Nərgiz Bağırova, 3-cü yerə model Rasim Həbibli və modelyer Ayşən Həbibli layiq görülüblər.

Qızlar arasında 1-ci yer model Əminə Cəfərova və modelyer Aysel Əliyevaya, 2-ci yer model Məryəm Bağırova və modelyer Nərgiz Bağırovaya, 3-cü yer isə model Fatimə Mahmudova və modelyer Aybəniz Əhmədovaya verilib.

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti