...

Opera və Balet Teatrının solisti "ProkofyevFEST" festivalı çərçivəsində vokal gecəsində iştirak edəcək

Mədəniyyət Materials 4 Oktyabr 2016 15:14 (UTC +04:00)
Azərbaycan Opera və Balet Teatrının solisti, respublikanın Əməkdar artisti Fəridə Məmmədova oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə "ProkofyevFEST" festivalı çərçivəsində keçirilən vokal gecəsində iştirak edəcək.
Opera və Balet Teatrının solisti "ProkofyevFEST" festivalı çərçivəsində vokal gecəsində iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Opera və Balet Teatrının solisti, respublikanın Əməkdar artisti Fəridə Məmmədova oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə "ProkofyevFEST" festivalı çərçivəsində keçirilən vokal gecəsində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə bir sıra ölkələrdən və həmçinin Rusiyadan olan görkəmli musiqiçilər çıxış edəcəklər. Rusiya Musiqi Mədəniyyəti Muzey mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda Əməkdar artist Gülşən Ənnağıyeva müşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti