...

“Sevilya bərbəri” yenə Bakıda

Mədəniyyət Materials 4 Oktyabr 2016 15:17 (UTC +04:00)
Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin tamaşaçıların çox sevdiyi “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.
“Sevilya bərbəri” yenə Bakıda

Bakı. Trend:

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin tamaşaçıların çox sevdiyi “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşada əsas partiyalardan biri - Fiqaro partiyasını ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət olunub.

Digər əsas rollarda isə azərbaycanlı vokal ustaları - Xalq artisti Əli Əsgərov (Don Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (doktor Bartolo), Fərid Əliyev (qraf Almaviva), gənc solistlər Nina Makarova (Berta) və Tural Ağasıyev (Fiorello) çıxış edəcəklər.

Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti