...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 23 Yanvar 2017 19:33 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın bu sayı Milli Məclisin Mədəniyyət komissiyasının sədri, akademik Rafael Hüseynovun "Yaşa, yaşa , çox yaşa" yazısı ilə açılır. 95 yaşına qədəm qoyan " Azərbaycan" jurnalı ilə bağlı düşüncələri son dərəcə mütəəssiredici bir ovqat təlqin edir.

Jurnalın bu sayında oxucular Günel Natiqin "Ağrını incəsənətə çevirən dahi", Vahid Qazinin "Tanrılarla baş-başa", Ülvi Babayevin ""Fələk qırmancı" romanında postmodern elementlər və sosial funksiya", Vaqif Yusiflinin "Xudam əsirgəməz rəhmini məndən", Anarın "Əkinçi haqqında xatirələr", İsrafil İsrafilovun "Tarixdə yaşayan "Ölülər" kimi maraqlı yazılarla tanış olacaqlar.

Jurnal poeziyasevərləri Musa Yaqub, Rəfail Tağızadə, Musa Ələkbərli, Saleh Qurbanov, Nuranə Nur, Fərid, Adilə Nəzər, Qədiməli Əhmədin şeirləri ilə sevindirəcək.

Jurnalın budəfəki buraxılışında Mübariz Cəfərlinin "Şəklin arxasında" povesti, Təranə Vahidin esseləri və "Mən toz dənəsiyəm" hekayəsi, Vüsal Nurum "Tüklü sabun" hekayəsi, Namaz Məmmədoğlunun "Günortadan sonrakı zəng" hekayəsi və digər maraqlı ədəbi nümunələrlə də tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti