...

5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı olub

Mədəniyyət Materials 26 Yanvar 2017 11:43 (UTC +04:00)
5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı olub.
5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı olub

Bakı. Trend:

5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, təyinatlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən həyata keçirilib.

Nazirlikdən bildirilib ki, Ə.Qarayevin əmri ilə Quliyev Ramiz Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quliyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti