Bakı. Trend:
Rejissor Namiq Ağayev yeni filminin çəkilişini başa çatdırıb.
Trend-in məlumatına görə, "OL" adlanan bu film artıq redaktə və texniki işlər mərhələsini də keçərək, yaxın vaxtlarda nümayişə hazır olacaq.
Tragikomediya (faciəvi məzhəkə) janrında çəkilmiş "OL" filmi iki doğma qardaşın - ssenarist və rejissorun uğursuz film proyektindən, proyektə külli miqdarda pul buraxmış sponsorların kiçik intiqamından, səhərədək şəhərin küçələrində tamaşaçıların “mükafatı” olan pomidor və yumurta qalıqları ilə gəzmələrindən, daha sonra isə bu acınacaqlı vəziyyətin təsadüfən (bəlkə də qanuna uyğun olaraq) yeni, çox uğurlu bir proyektə təkan verməsindən söhbət edir. Qanunauyğunluq isə.. onların ikisinin də bir qadına vurulması və bu sevginin yeni uğurlu filmin çəkilməsinə aparmasıdır.
Məhşur türk aktyoru Salman Tuncərin iştirakı ilə
"OL" filminin yaradıcılıq heyəti:
Quruluşçu rejissor – Namiq Ağayev
Baş rollar – Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Tuncer Salman
Ssenari – Namiq Ağayev, Fikrət Məmmədov
Operator – Ramin Asimoğlu
Quruluşçu rəssam – Rza Fellahian
Prodüserlər – Fariq Cəfərov, Rəşad Cəfərov
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az