...

Milyonlarla kişi milyonlarını bu xanımın bircə baxışına qurban verərdi... (FOTO/VİDEO)

Mədəniyyət Materials 2 Mart 2017 19:51 (UTC +04:00)
Bu həftə "Kino evi"ndə incəliyi və aristokrat davranışları ilə seçilən, kino ilə yanaşı dəb tarixinə adını yazdıran aktrisa Audrey Hepburnun həyat və yaradıcılığına nəzər salınacaq.
Milyonlarla kişi milyonlarını bu xanımın bircə baxışına qurban verərdi... (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftə "Kino evi"ndə incəliyi və aristokrat davranışları ilə seçilən, kino ilə yanaşı dəb tarixinə adını yazdıran aktrisa Audrey Hepburnun həyat və yaradıcılığına nəzər salınacaq.

Hollivud ulduzunu 4 mart, saat 11:30-da Liderin efirində kinoşunas, sevimli aktrisa Fərqanə Quliyeva ilə müzakirə edəcəyik.

"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino mətbəx" rubrikasının aparıcısı isə Nigar Şamilovadır. Rejissor və montajor İBO, operatorlar Aydın Məcidli və Kamal Məmmədov, fotoqraf Tamerlan Səmədovdur.

Veriliş 3 hissədən ibarətdir: Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları, xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:00 və 05:15-də Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti