Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində 62-ci "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirildi.
Trend-in məlumatına görə, birinci yarımfinalda 18 ölkələnin nümayəndələri çıxış edib və onlardan yalnız 10-u yarışın final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycanı təmsil edən Diana Hacıyeva (Səhnə təxəllüsü - Dihaj) səhnəyə səkkizinci çıxaraq "Skeletons" mahnısını ifa edib və finala çıxıb. "Skeletons" mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byurmandır.
"Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinə Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Posrtuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika təmsilçiləri vəsiqə qazandılar.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.