...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 2 Avqust 2017 19:50 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, poeziyasevərlərə jurnal Məmməd İsmayıl, Anar Amin, Xəqani Həbiboğlu, Əli Nəcəfxanlı, Etibar Əliyev, Tapdıq Yolçu, Xalid Mahmud, İbadət Qurbanova, Şəfa Vəli kimi müəlliflərin şeirlərini təqdim edir.

Jurnalda Mübariz Cəfərlinin "Nur" romanı, Naməddin Mirzəxanlının "Bilgisayarda sevgi macərası" povesti, Elçin Mehrəliyevin təbiət hekayələri, Yaşar Bünyadın "Quşlar qayıtdısa" və "Ata" hekayələri, Aydın Tağıyevin "Müharibə görənlər","Su sonası" hekayələri işıq üzü görüb.

Oxucular qazax yazıçısı Muxtar Auezovun "Yasa bürünmüş gözəl" hekayəsi ilə də jurnalın bu sayında tanış ola bilərlər.

Eləcə də, Ağahüseyn Şükürovun "Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri", Pərvinin Aydın Tağıyevin 65 yaşına həsr edilmiş "Ümidlərin ardınca", Mehman Süleymanovun "Şeyx Səfi məqbərəsinin talanması", Qəşəm Nəcəfzadənin Firuzə Məmmədlinin yaradıcılığı ilə bağlı "Narahat ruhun poeziyası" adlı düşüncələri çap edilib.

Jurnalın esselər bölümündə Günel Natiqin "Hamısı darıxmaqdandır; Ölümə yuxu kimi baxmaq, Cavid Qədirin "Sevgi deyiləndə", İbrahim İbrahimlinin "Dahiliyin həddi", Yaşar Qasımbəylinin Nəriman Həsənzadəyə həsr edilmiş "Şairin sevgi və əbədiyyət dastanı" esseləri çıxıb.

Gənc tənqidçinin tribunası isə bu dəfə oxuculara Ülvi Babayevin Fərid Hüseynin şeirləri haqqında "Dövrlər və ömürləri bir yerə yığmağın yorğunluğu", Nailə Süleymanlının "Xətai ardıcılı Qəribi" yazılarını təqdim edir.

Qeyd edək ki, jurnalın 95 illik yubileyi münasibəti ilə xüsusi buraxılışı çapdan çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti