...

Beynəlxalq Muğam Mərkəzində Şopenin əsərləri səslənib (FOTO)

Mədəniyyət Materials 25 Sentyabr 2017 15:57 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.
Beynəlxalq Muğam Mərkəzində Şopenin əsərləri səslənib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Azərbaycan Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuşdur. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.

Pianoçu hələ gənc ikən respublikanın hüdudlarından kənarda bir neçə beynəlxalq müsabiqələrdə çıxış etmiş, laureat adını qazanmışdır. Musiqiçinin repertuarına L.V.Bethoven, F.Şopen, R.Şuman, P.İ.Çaykovski və başqa bəstəkarların əsərləri daxildir.

Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi 26 sentyabr tarixində Yeni Münhen Filarmonik Orkestrinin konserti ilə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti