...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 16 Oktyabr 2017 18:09 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın bu sayında Qəşəm Nəcəfzadə, Adil Cəmil, Ağamir Cavad, Dəyanət Osmanlı, Zəki Bayram, Fəxrəddin Teyyub, Əlirza Həsrət, Tamella Pərvin, Mövlud Teymurun şeirləri dərc olunub.

Eyni zamanda jurnalda Vaqif Bəhmənlinin Hüseynqulu Sarabskiyə həsr olunmuş "Məcnun özü" portret - povesti, Kamil Əfsəroğlunun "Bəyaz qaranlıq", "Sarışınlar metrosu", Aləm Kəngərlinin "Ehsan"ı yer alıb.

Bu dəfə "Azərbaycan" jurnalı oxucularına dünya ədəbiyyatından Vilayət Quliyevin tərcüməsində Miksat Kalmanın "Danışan kürk" povestini (sonu) təqdim edir.

Südabə Ağabalayevanın "Ocaq daşı", Günel Natiqin "İngilis ədəbiyyatının əfsanələri - Bronte bacıları", Cəlil Nağıyevin "Kamal Abdulla və onun dastan poetikası", Nərgiz Cabbarlının "Tarixi romanda "ideoloji xətt", tarixi fakt və ona münasibət" yazıları da jurnalın yeni sayında dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti