...

Baş ssenarist Valeh Əhmədovla görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 6 Noyabr 2017 20:26 (UTC +04:00)
Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xəzər TV-nin “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovla görüş keçirilib.
Baş ssenarist Valeh Əhmədovla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xəzər TV-nin “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovla görüş keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, görüşün aparıcısı Kamran İsrafilov bütün qonaqları salamlayaraq, yaradıcı və istedadlı gənclərə dəstək məqsədilə belə layihələrin mütamadi keçirildiyini qeyd edib.

Ssenaristlə birgə çalışan həmkarları tərəfindən onun fəaliyyəti haqqında hazırlanmış videoçarx numayiş olunub.

Görüş qarışlıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Sonra V.Əhmədov müxtəlif çəkilişlər zamanı baş verən maraqlı əhvalatlardan, müasir dövrdə kino sənətinin inkişafından və gələcəkdə bu sahədə istadadlı kadrların hazırlanmasından danışıb.

Sonda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Valeh Əhmədov “Aramızda qalsın”, “Qayınana” , “Bir ailəm var”, “Həyat sən nə qəribəsən”, “2 ömür” kimi bir çox serialların ssenari müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti