...

Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir (FOTO)

Mədəniyyət Materials 29 Mart 2018 20:58 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir.
Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarını və onların əsasında yaranmış xalq mahnılarını geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.

Beynəlxalq Muğam Mərkəzinin "Vətənim Azərbaycan" adlı möhtəşəm layihəsinin iki tədbirdən ibarət olan açılış konserti keçirildi. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov böyük proqramla çıxış edib.

İfaçını "Buta" instrumental ansamblı müşayiət etdi. Ansamblın bədii rəhbəri, tarzən Rövşən Qurabnovdur.

Eldəniz Məmmədovun ifasında "Zabul" muğamı, "Zəminxarə","Qarabağ şikəstəsi", "Sarı gəlin" xalq mahnısı və bəstəkar mahnıları gur alqışlarla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzi digər layihələr də həyata keçirir ki, bunlardan da "Aşıq musiqisi axşamları", "Sirlər xəzinəsi", "Unudulmayanlar" adlı layihələri xüsusilə qeyd etmək lazımdır.

Musiqini xalqlar arasında əsl sülh körpüsü adlandırmaq olar. Müxtəlif xalqların folklor musiqisinin və Azərbaycan muğamlarının, xalq mahnılarının Mərkəzin həyata keçirdiyi "Etnik musiqi inciləri" layihəsi də xeyli zamandır ki, həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları arasında böyük rəğbətlə qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti