...

Azərbaycanda ilk dəfə folklor rəqsləri üzrə dünya kuboku keçiriləcək

Mədəniyyət Materials 3 May 2018 22:40 (UTC +04:00)
12-13 may tarixində ilk dəfə Azərbaycanda folklor rəqsləri üzrə dünya kuboku keçiriləcək.
Azərbaycanda ilk dəfə folklor rəqsləri üzrə dünya kuboku keçiriləcək

Bakı. Trend:

12-13 may tarixində ilk dəfə Azərbaycanda folklor rəqsləri üzrə dünya kuboku keçiriləcək.

Trend-in məlumatına görə, kuboku Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və WADF ( Dünya İncəsənət və Rəqs Federasiyası) birgə təşkil edəcəklər. Həmçinin yarışmanın tərkibində Bollywood ( Hind rəqsləri ), Belly dance ( Şərq rəqsləri ) və Flamenko rəqs növləri üzrə yarış keçiriləcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov bildirib: "Bakıda bu səviyyədə yarışmaya ev sahibliyi etmək bizim üçün şərəfdir. Uzun illərdir rəqqaslarımız beynəlxalq arenada yüksək səviyyədə folklor rəqslərimizi qoruyub saxlayırlar. Avropa Çempionatından, Qafqaz və digər regional yarışlardan olan mükafatlar buna əsasdır. Ötən il yeddi mindən çox iştirakçını bir araya gətirən Azərbaycan Çempionatından bəhs etmək kifayətdir. Belə yüksək rəqabət nəticəsində həqiqətən güclü və keyfiyyətli ansambllar yaranır. Biz məmnuniyyətlə ölkəmizdə mədəniyyətin və turizmin inkişafına böyük töhfəmizi verə bilərik".

Yarışma 12 və 13 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Yarışma 9:00-da başlayacaq. Hakimlər beş ölkədən təmsil olunur. Yaş kateqoriyaları: uşaqlar 1 ( 6-7 yaş ), uşaqlar 2 ( 8-9 yaş ), yeniyetmələr 1 ( 10-12 yaş), yeniyetmələr 2 ( 13-15 yaş ), böyüklər 1 ( 19-32 yaş ), böyüklər 2 ( 33 və yuxarı yaş).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti