...

“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Mədəniyyət Materials 22 May 2018 09:10
Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı “Azərbaycan” jurnalının 5-ci nömrəsi çapdan çıxıb.
“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı “Azərbaycan” jurnalının 5-ci nömrəsi çapdan çıxıb.

AYB-dən Trend-ə verilən məlumata görə, jurnal Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ilə başlanır.

Nəşrin “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı xüsusi bölməsində Vilayət Quliyevin “Parisə əzablı yol”, Alxan Bayramoğlunun “İstiqlalın özü və sözü”, Aydın Tağıyevin “Quba üsyanı” məqalələri yer alıb.

Jurnalın növbəti xüsusi bölməsi Xalq Yazıçısı Elçinin 75 illiyinə həsr olunub. Bu bölmədə filologiya elmləri doktoru Şirindil Alışanlı “Sənətkarın obrazı” məqaləsi, Elçin “Şeytan əməlləri” adlı üç pərdəli absurd, Xalq Yazıçısı Anarın “Elçinə” şeiri ilə çıxış edib. Bölməni “Elçin haqqında nə demişlər” sərlövhəsi altında tanınmış qələm sahiblərinin yubilyar haqqında fikirləri tamamlayıb.

“Poeziya” bölməsində Vaqif Bəhmənli, Nəsibə Bəyim, İlham Qəhrəman, Adil Həsənoğlu və Ağaddin Babayevin şeirləri, “Nəsr” bölməsində Vahid Məmmədlinin “Şanapipik” və “Əllərin dili ilə” hekayələri, “Ədəbi düşüncələr” rubrikasında Cavanşir Yusiflinin “Balet estetikasında tənqid” məqaləsi verilib.

Jurnal bu sayında daha iki xüsusi rubrika ilə seçilib. Bunlar “Vaqif Yusiflinin 70 yaşı” və “Avdı Qoşqarın 60 yaşı” rubrikalarıdır. Tanınmış tənqidçi Vaqif Yusiflinin yubileyi münasibətilə Nizami Cəfərov “Vaqif…və Yusifli…”, Avdı Qoşqara həsr olunan bölmədə isə şairin şeirləri və Rüstəm Kamalın “Avdı Qoşqar: ömür və söz sınağında” məqaləsi dərc olunub.

Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Elnurə Verdiyevanın “Ramiz Rövşənin “Daş” povestində “qadın” konsepti”, Kəmalə Umudovanın “Qoqolun “Şinel”indən Aydəmirin “Tvid palto”suna…”, Fəxrəddin Əsədin “Gecə yaman uzundur” məqalələri var.

“Ədəbi kaleydoskop” rubrikasında Zümrüd bu dəfə dahilərin həyatından söz açıb.

Ənənəvi olaraq ən yeni nəşrlər haqqında məlumat jurnalın “Kitab rəfi” rubrikasında verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti