...

Gənc rəssamın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 25 May 2018 12:44 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı gənc rəssamın sərgisi keçirilib.
Gənc rəssamın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Bakıda gənc rəssam Xəzangül Hüseynlinin rəsm sərgisi keçirilib.

Trend-in məlumatına görə, “Müstəqillik yollarında” adlı rəsm sərgisində əvvəlcə Azərbaycanın Dövlət himni səslənib.

Sərgidə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və müasir Azərbaycan Respublikasının uğurlarından söz açıblar.

Onlar X.Hüseynlinin yaradıcılığından danışarkən qeyd ediblər ki, gənc rəssamın əsərlərində bu torpağa, xalqa sevginin nə qədər hüdudsuz olduğunu hiss etmək mümkündür. Bu gözəlliklərə içəridən baxan rəssamın əsərlərində rənglərin ecazkar dili xüsusi yer tutur. Bildirilib ki, gənc rəssamın əsərləri Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini, psixologiyasını özündə qabarıq əks etdirmək baxımından qiymətlidir.

Tədbirin sonunda X.Hüseynli Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xüsusi diplomu ilə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti