...

Macarıstanda "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub (FOTO)

Mədəniyyət Materials 25 May 2018 14:22 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə AXC-nin 100 illik yubileyi ərəfəsində Budapeştdə Cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub.
Macarıstanda "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə AXC-nin 100 illik yubileyi ərəfəsində Budapeştdə Cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, topluya Ə.Topçubaşovun rəhbərliyi altında Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin konfransını Ali Şurasına təqdim etdiyi və Cümhuriyyətin de-fakto tanınması üçün əsas rolunu oynayan "Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri" adlı memorandumun ingilis, fransız və macar dillərində mətnləri daxil edilib.

Kitabın tərtibçisi və çapa hazırlayan Cümhuriyyət dövrünə dair çoxsaylı araşdırmaların müəllifi kimi tanınan səfir Vilayət Quliyevdir. O, eyni zamanda Azərbaycan Cümhuriyyətinin tarixi və Paris sülh konfransındakı nümayəndə heyətinin fəaliyyəti barədə geniş və əhatəli müqəddimə də yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti