...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 23 İyun 2018 00:13 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayında maraqlı yazılar oxuculara təqdim olunur.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın yeni sayında Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsinin qalibləri yer alıb.

Yaşar Bünyad - Hələ ki təyyarələr uçur..., Şahin Sərdarlı - Rənglərə boyanmış yalanlar, Mübariz Cəfərli - Güzgü, Elşad Barat - Günah, Mülayim Hümbətova - Mənə oğlumdan danış, Arif Quliyev - Skazka dlə detey i vzroslix, Dilsuz - Yaradıcılıq günü ..., Vaqif Nəsib - "Çiyinlərə qonan əl" yazıları ilə çıxış edib.

Poeziyasevərlərə Ətraf Sərraf, Ramiz Kərəm, İnqilab İsaq, Vasif Süleyman, Tahir Talibli, Mahcamal, Cavad Zeynal, Rahil Məmməd, İslam Türkay, Rizvan Nəsiboğlu, Mehdi Calal, Güloğlan Dünya, Gülnarə İsrafil kimi müəlliflərin şeirləri təqdim olunur.

Jurnalın bu sayında oxucular Balayar Sadiqin "Qan yaddaşına yeddi məktub", Vaqif Yusiflinin "İsa Hüseynovdan... Muğannayadək", Zaman Əsgərlinin "Ustad Feyzulla Qasımzadə", Sadiq Zamanın "Ötən illərin yuxusu" (povest), Əlövsət Bəşirlinin "Dönməz", Cavid Zeynallının "Tanrı quşu gəlmədi", Səbuhi Əhmədovun "Vəli bəy Yadigarov" Vüsal Nurunun "Uzaqdakı doğma adam" yazıları ilə tanış ola biləcəklər.

Mehmet Ömer Kazancının şeirləri, Rahid Uluselin "İslam fəlsəfəsi və onun" günəş ləkələri" essesi, Nərgiz Cabbarlının "Müasir roman: həqiqətdən simvolikaya", Yeganə Abdullayevanın "Başqalaşan dünyanin dəyişdirdiyi mətn" Aytən Rüstəmzadənin "Müşfiqin tərcümə sənətkarlığı" kimi yazılar da jurnalda yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti